Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib
Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VII Məclisi keçirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.“2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ RK və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapıb.Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb, müvafiq köməklik edilib. Eyni zamanda Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6 437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunub.Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul edilib.Daha sonra iclasda 2023-cü təqvim ili üçün ATİAHİ RK-nın büdcə göstəriciləri və RK Aparatının ştat cədvəli təsdiq edilib.Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.1-2.jpg 103.91 KB2-2.jpg 204.65 KB3-1.jpg 111.73 KB4-1.jpg 161.39 KB5.jpg 66.86 KB
07.12.2022
Ağsuda Vətən müharibəsi şəhidi anılıb
Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Ağsu rayonunun Ərəbmehdibəy kənd tam orta məktəbin müəllimi Aynur Əhmədovanın oğlu İsmət qəhrəmancasına şəhid olub.ATİAHİ Ağsu rayon komitəsi mütəmadi olaraq şəhidin ailəsinə baş çəkir, qayğıları ilə maraqlanır.İsmətin şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar bu dəfə də rayon komitəsinin əməkdaşları onun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Həmçinin ailəsində qonaq olan əməkdaşlar Aynur müəllim ilə söhbətləşiblər. Bildirilib ki, xalqımız hər zaman özünün şəhid balalarını yad edir, xatirəsini uca tutur. Onlar Vətən, xalq yolunda şirin canlarından keçiblər. Gələcək nəsillər də onların müqəddəs adlarını daim yaşadacaq. Şəhidin ailə üzvləri göstərilən diqqətə görə, təşkilatçılara minnətdarlıq ifadə ediblər.Sonda şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.IMG-20221111-WA0027.jpg 146.81 KBIMG-20221111-WA0025.jpg 173.16 KBIMG-20221111-WA0028.jpg 152.25 KB
24.11.2022
Ağsuda 65 yaşı tamam olan müəllimlərin doğum günü qeyd edilib
Ağsu rayununun Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədovanın 65 yaşı tamam olub.Bu münasibətlə ATİAHİ Ağsu rayon komitəsi tərəfindən Ziba müəllimlə görüş təşkil edilib. Görüşdə onun dərs dediyi məktəbin rəhbərliyi və müəllim yoldaşları iştirak ediblər. Yubliyarın həyat yolundan, pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, dərs dediyi şagirdlərin göstəricilərindən geniş söz açılıb. Ziba müəllimə seçdiyi peşədən hər zaman razı olduğunu və bu fəaliyyətini müqəddəs sahə olaraq dəyərləndirib, yetirmələri ilə fəxr etdiyini bildirib.Sonda Z.Məmmədovaya rayon komitəsinin fəxri fərmanı və müxtəlif hədiyyələr təqdim edilib.Həmçinin rayonun Çiyni kənd tam orta məktəbinin müəllimi Kimyə Məsimovanın 65 yaşının tamam olması münasibətilə rayon komitəsi tərəfindən tədbir keçirilib.Tədbirdə Kimyə müəllimin şərəfli fəaliyyətindən, bu sənətə olan sevgisindən, şagirdlərinə ana qayğısından, yetirmələrinin tərbiyəsindən, dərsə məsuliyyətindən və əldə etdikləri uğurlardan danışılıb. Bildirilib ki, ölkəmizdə elm və təhsilin inkişafında, gənclərimizin Vətənə, dövlətə sədaqətində Kimyə müəllimə kimi zəhmətkeş pedaqoqların gərgin əməyi danılmazdır. K.Məsimova onun fəaliyyətinə verilən yüksək qiymətə, deyilən xoş sözlərə görə, tədbir iştirakçılarına təşəkkür edib.Yubliyar rayon komitəsi tərəfindən fəxri fərmanla təltif edilib, ona qiymətli hədiyyələr verilib. IMG-20221118-WA0006.jpg 110.34 KBIMG-20221118-WA0012.jpg 100.56 KBIMG_20221111_121629.jpg 4.47 MB
24.11.2022
AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib
17-22 noyabr 2022-ci il tarixində Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilib.Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.BHİK-nın əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Dünya Qurultayı tərəfindən idarə olunur.Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.Təşkilat Qlobal Birlik Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.V Dünya Qurultayı çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçilib.Dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqları təşkilatı olan BHİK-nın Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) geniş tərkibdə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri AHİK sədri, Azərbaycan Milli Məclisinin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-nın vitse-przidenti vəzifəsinə seçilib. 161 dünya ölkələrinin daxil olduğu və 3 regional təşkilatı olan BHİK-nın Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.Yeni seçilən Baş katiblə görüşən S.Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir. L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir. L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.Avstraliyanın Baş naziri Entoni Albaneze də qurultayda iştirak edərək milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb. Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda video müraciətlə cıxış edib.0d21e020-13ad-4da9-9c2b-01b6db7bb7e3.jpg 142.67 KB1234.jpg 519.45 KB
23.11.2022
8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu
8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissədə bayram tədbiri təşkil edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək hərbi hissənin şəxsi heyətini AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib. Bildirib ki, Azərbaycan güclü və yüksək əhval ruhiyyəyə malik ordusu olan bir ölkədir. Biz iki il öncə qırx dörd günlük zəfər savaşında bunun bir daha şahidi olduq: “Azərbaycan ordusunun gücünü 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya gördü. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan torpaqlarımızı işğaldan azad etdi. 44 gün ərzində müzəffər Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı və müvafiq bəyanatın imzalanmasına məcbur edildi. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur”.M.Cəfərzadə əlavə edib ki, Ordumuzun 44 günlük zəfər yürüşü tək torpaqlarımızın azad edilməsi ilə tarixə düşmədi. Həm də dünyanın hərb tarixində xüsusi vurğulanacaq, dünyada müasir müharibələrin aparılması strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq uğurlu döyüş əməliyyatları kimi yadda qalacaq: “Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Eyni zamanda döyüş meydanı ilə yanaşı diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana çoxsaylı diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran möhtərəm Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi”.ATİAHİ Respublika Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycan Ordusu hər an torpaqlarımızın müdafiəsinə hazırdır. Öz növbəsində “N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə, eləcə də ATİAHİ Respublika Komitəsinə təşəkkür edib. Sonra tədbir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konsert proqramı ilə davam etdirilib. Tədbirdə II Qarabağ müharibəsində iştirak edən, Füzuli rayonunun təhsil müəssisələrində çalışan bir qrup müharibə veteranına Fəxri Fərman və qiymətli hədiyyə, o cümlədən “N” saylı hərbi hissəyə 4 ədəd televizor hədiyyə olunub. IMG_9040.JPG 2.8 MBIMG_9041.JPG 3.84 MBIMG_9058.JPG 1.39 MB
10.11.2022
Ağsuda müharibə veteranları ilə görüş keçirilib
Ağsu rayonunda təhsil sahəsində çalışan 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş küçirilib.ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə Vətən müharibəsinin Azərbaycan tarixində yeri və rolundan, qazanılan qələbənin əzəmətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışılıb.Veteranlar göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib, hər zaman Vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.Sonda veteranlara fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub. IMG-20221105-WA0037.jpg 141.77 KBIMG-20221105-WA0047.jpg 67.39 KBIMG-20221105-WA0049.jpg 64.27 KBIMG-20221105-WA0055.jpg 71.8 KBIMG-20221105-WA0054.jpg 62.05 KBIMG-20221105-WA0056.jpg 74.3 KBIMG-20221105-WA0058.jpg 63.33 KBIMG-20221105-WA0048.jpg 59.52 KB
10.11.2022
Ağsuda şəhid ailələri ziyarət olunub
Ağsu rayonunda Zəfər Günü ilə əlaqədar şəhid ailələri ziyarət olunub.ATİAHİ Ağsu rayon komitəsinin və rayon Təhsil sektorunun rəhbərliyinin iştirak etdiyi görüşlərdə şəhid ailələrinə sovqatlar verilib, qayğıları ilə maraqlanılıb.Bildirilib ki, xalqımız hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutur, məzarlarını ziyarət edir. Bu hər bir vətəndaşımızın müqəddəs borcudur. Vurğulanıb ki, dövlətimiz şəhid ailələrinə xüsusi diqqətlə yanaşır, bütün ehtiyaclarını qarşılayır. Ziyarət olunan ailələr razılıqlarını ifadə edib və göstərilən diqqətə görə, təşəkkürlərini bildiriblər. IMG-20221107-WA0010.jpg 106.45 KBIMG-20221107-WA0009.jpg 87.22 KBIMG-20221107-WA0006.jpg 117.92 KBIMG-20221107-WA0005.jpg 106.9 KBIMG-20221107-WA0001.jpg 89.73 KB
10.11.2022
AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib
Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik yaşanır: “Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar verirlər.Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideyinlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir: “Onlara maliyyə yardımı göstərir, şəhid övladlarının bir qisimini himayəyə götürüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının qorunması üçün yollayışlarla təmin edir. Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə 4500 şəhid ailəsi və qazilər üçün sovqatlar yola saldıq. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da davam etdirəcəyik.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 203.96 KB2-3.jpg 205.86 KB3-3.jpg 175.27 KB4-2.jpg 147.22 KB5-3.jpg 206.13 KB
05.11.2022
Ağsuda müəllimin yubiley tədbiri keçirilib
Ağsu rayonu, Dilman kənd tam orta məktəbində həmin təhsil ocağının müəllimi Ellada Səbzəliyevanın 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib. ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin pedaqoji kollektivi iştirak edib. Çıxış edənlər Ellada müəllimin mənalı ömür yolundan, peşəkar pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlarından danışıblar.E.Səbzəliyeva ona göstərilən diqqət və qayğıya görə, tədbirin təşkilatçılarına təşəkkür edib və bildirib ki, müəllimlik peşəsini seçdiyi, eyni zamanda uzun illər uşaqların təlim-tərbiyəsi, onların bilikli bir gənc kimi yetişməsi naminə çalışdığı üçün çox xoşbəxtdir. Qeyd edib ki, yetirmələrinin uğurlarını gördükcə yaşadığı və çalışdığı illərin hədər getmədiyini düşünür.Rayon komitəsi uzun illər təhsil sahəsində səmərəli fəaliyyətinə görə, Ellda Səbzəliyevanı Fəxri fərmanla təltif edib, ona hədiyyələr verib. IMG-20221028-WA0069.jpg 87.81 KBIMG-20221028-WA0075.jpg 107.21 KBIMG-20221028-WA0057.jpg 64.9 KBIMG-20221028-WA0071.jpg 108.72 KBIMG-20221028-WA0072.jpg 98.91 KB
02.11.2022
ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib
Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının sədrləri, tələbələr iştirak ediblər.Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlətimizin gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Gənclərin potensial imkanlarından bütün sahələrdə səmərəli istifadə edilir. Prezidentin müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları xatırlatmaq istərdim”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir, ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir. Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur:Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başlayıb.Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə, uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb.Tədbirdə Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırılıb.Məlumat üçün bildirək ki, bu müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalların müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsidir.Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, buna görə də dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir. Bütün bunlar ölkə gəncliyinin hərtərəfli inkişafına əhəmiyyətli stimul verir.Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.1-8.jpg 168.11 KB2-5.jpg 112.06 KB3-5.jpg 109.7 KB4-5.jpg 138.76 KB5-4.jpg 155.77 KB7-3.jpg 180.51 KB8-3.jpg 143.71 KB9-1.jpg 131.24 KB
02.11.2022
Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib
Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib. Təsis iclasında ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov və idarə işçiləri iştirak ediblər.Yığıncaqda təhsilin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nağıyev Fərahim İbrahim oğlu ilk həmkarlar təşkilatının sədri seçilib. ATİAHİ-nin məsul əməkdaşları yeni sədrə müvəffəqiyyətlər arzulayıb, bir sıra təlimatlar veriblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran M.Cəfərzadə ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstək barədə məlumat verib.Digər çıxış edənlər cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışıblar. WhatsApp Image 2022-11-01 at 15.01.49.jpeg 44.21 KBWhatsApp Image 2022-11-01 at 15.01.48.jpeg 60.48 KB
02.11.2022
Ağsuda şəhid ailələri ziyarət olunub
Ağsu rayonunda təhsil sahəsində çalışan şəhid ailələri ziyarət olunub. Belə ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və ATİAHİ Ağsu rayon komitəsinin sədri Sevinc Beybudova şəhid ailələri ilə görüşüb onların qayğıları ilə maraqlanıblar.Şəhid ailələri onlara istər dövlət səviyyəsində, istərsə də sadə vətəndaşlarımız tərəfindən göstərilən hər cür dəstəkdən razı olduqlarını bildiriblər. Ziyarət olunan şəhid ailələrinə hədiyyələr təqdim olunub.DSC_0196.JPG 3.54 MBDSC_0194.JPG 3.54 MBDSC_0180.JPG 3.55 MBDSC_0147.JPG 3.56 MBDSC_0179.JPG 4.09 MBDSC_0177.JPG 3.52 MB
18.10.2022
ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
17.10.2022
Ağsuda qəbul imatahanlarında yüksək bal toplamış məzunlarla görüş təşkil olunub
Ağsu rayonunda bu il ali məktəblərə keçirilən qəbul imatahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.Ağsu Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və ATİAHİ Ağsu rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlətimizin təhsil siyasətindən, bu istiqamətdə görülən işlərdən, aparılan islahatlardan danışılıb. Bildirilib ki, bütün sahələrdə olduğu kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə təhsili günü-gündən inkişaf edir, gənclərin elmə, biliyə marağı yüksəlir. Vurğulanıb ki, Azərbaycanın ali təhsil müəssisələri bu gün dünyanın ən nüfuzlu universitetlərindən hesab olunur, onların yetirmələri, hazırladıqları yüksəkixtisaslı kadırlar ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar.Gənclər onlara göstərilən diqqətə görə təşəkkür edib, ali təhsil səviyyəsində də səylə çalışacaqlarını, bilikli kadır olaraq ölkəmizin inkişafına mühüm töhfələr verəcəklərini qeyd ediblər. Sonda gənclərə müxtəlif hədiyyələr təqdim olunub. IMG_2763.JPG 8.09 MBIMG_2692.JPG 8.38 MBIMG_2686.JPG 6.92 MBIMG_2767.JPG 7.76 MBIMG_2769.JPG 9.39 MBIMG_2770.JPG 8.2 MBIMG_2773.JPG 7.46 MBIMG_2775.JPG 7.25 MBIMG_2782.JPG 7.59 MB
17.10.2022
Ağsuda şəhidin anım mərasimi keçirilib
Ağsu rayonunda Vətən müharibəsi şəhidi Hüseyn Səmədovun anım mərasimi keçirilib.ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan mərasimdə şəhidin ailəsi və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edənlər Hüseynin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıblar.Sonra şəhidin məzarı ziyarət olunub, üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.Ağsu rayon komitəsi tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib. Göstərilən diqqət və qayğıya görə, şəhidin yaxınları təşkilatçılara təşəkkür ediblər.IMG_20220830_131115.jpg 3.59 MB
17.10.2022
Bizimlə əlaqə