Ağsu rayonu, Dilman kənd tam orta məktəbində həmin təhsil ocağının müəllimi Ellada Səbzəliyevanın 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib. ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin pedaqoji kollektivi iştirak edib. Çıxış edənlər Ellada müəllimin mənalı ömür yolundan, peşəkar pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlarından danışıblar.
E.Səbzəliyeva ona göstərilən diqqət və qayğıya görə, tədbirin təşkilatçılarına təşəkkür edib və bildirib ki, müəllimlik peşəsini seçdiyi, eyni zamanda uzun illər uşaqların təlim-tərbiyəsi, onların bilikli bir gənc kimi yetişməsi naminə çalışdığı üçün çox xoşbəxtdir. Qeyd edib ki, yetirmələrinin uğurlarını gördükcə yaşadığı və çalışdığı illərin hədər getmədiyini düşünür.
Rayon komitəsi uzun illər təhsil sahəsində səmərəli fəaliyyətinə görə, Ellda Səbzəliyevanı Fəxri fərmanla təltif edib, ona hədiyyələr verib.