Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Ağsu rayonunun Ərəbmehdibəy kənd tam orta məktəbin müəllimi Aynur Əhmədovanın oğlu İsmət qəhrəmancasına şəhid olub.
ATİAHİ Ağsu rayon komitəsi mütəmadi olaraq şəhidin ailəsinə baş çəkir, qayğıları ilə maraqlanır.
İsmətin şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar bu dəfə də rayon komitəsinin əməkdaşları onun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Həmçinin ailəsində qonaq olan əməkdaşlar Aynur müəllim ilə söhbətləşiblər. Bildirilib ki, xalqımız hər zaman özünün şəhid balalarını yad edir, xatirəsini uca tutur. Onlar Vətən, xalq yolunda şirin canlarından keçiblər. Gələcək nəsillər də onların müqəddəs adlarını daim yaşadacaq. Şəhidin ailə üzvləri göstərilən diqqətə görə, təşkilatçılara minnətdarlıq ifadə ediblər.
Sonda şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib.