Ağsu rayonunda bu il ali məktəblərə keçirilən qəbul imatahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.
Ağsu Rayon İcra Hakimiyyəti,
Dağlıq Şirvan Regional Təhsil İdarəsi və ATİAHİ Ağsu rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlətimizin təhsil siyasətindən, bu istiqamətdə görülən işlərdən, aparılan islahatlardan danışılıb. Bildirilib ki, bütün sahələrdə olduğu kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə təhsili günü-gündən inkişaf edir, gənclərin elmə, biliyə marağı yüksəlir. Vurğulanıb ki, Azərbaycanın ali təhsil müəssisələri bu gün dünyanın ən nüfuzlu universitetlərindən hesab olunur, onların yetirmələri, hazırladıqları yüksəkixtisaslı kadırlar ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar.
Gənclər onlara göstərilən diqqətə görə təşəkkür edib, ali təhsil səviyyəsində də səylə çalışacaqlarını, bilikli kadır olaraq ölkəmizin inkişafına mühüm töhfələr verəcəklərini qeyd ediblər.