Ağsuda şəhidin anım mərasimi keçirilib


Ağsu rayonunda Vətən müharibəsi şəhidi Hüseyn Səmədovun anım mərasimi keçirilib.

ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan mərasimdə şəhidin ailəsi və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Hüseynin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Sonra şəhidin məzarı ziyarət olunub, üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ağsu rayon komitəsi tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib. Göstərilən diqqət və qayğıya görə, şəhidin yaxınları təşkilatçılara təşəkkür ediblər.
IMG_20220830_131115.jpg 3.59 MB
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo