Ağsu rayonunda təhsil sahəsində çalışan şəhid ailələri ziyarət olunub. Belə ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və ATİAHİ Ağsu rayon komitəsinin sədri Sevinc Beybudova şəhid ailələri ilə görüşüb onların qayğıları ilə maraqlanıblar.
Şəhid ailələri onlara istər dövlət səviyyəsində, istərsə də sadə vətəndaşlarımız tərəfindən göstərilən hər cür dəstəkdən razı olduqlarını bildiriblər.
Ziyarət olunan şəhid ailələrinə hədiyyələr təqdim olunub.