Ağsuda müharibə veteranları ilə görüş keçirilib

Ağsu rayonunda təhsil sahəsində çalışan 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş küçirilib.
ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə Vətən müharibəsinin Azərbaycan tarixində yeri və rolundan, qazanılan qələbənin əzəmətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışılıb.
Veteranlar göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib, hər zaman Vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.
Sonda veteranlara fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub. 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo