Ağsuda 65 yaşı tamam olan müəllimlərin doğum günü qeyd edilib

Ağsu rayununun Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədovanın 65 yaşı tamam olub.
Bu münasibətlə ATİAHİ Ağsu rayon komitəsi tərəfindən Ziba müəllimlə görüş təşkil edilib. Görüşdə onun dərs dediyi məktəbin rəhbərliyi və müəllim yoldaşları iştirak ediblər. Yubliyarın həyat yolundan, pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, dərs dediyi şagirdlərin göstəricilərindən geniş söz açılıb. Ziba müəllimə seçdiyi peşədən hər zaman razı olduğunu və bu fəaliyyətini müqəddəs sahə olaraq dəyərləndirib, yetirmələri ilə fəxr etdiyini bildirib.
Sonda Z.Məmmədovaya rayon komitəsinin fəxri fərmanı və müxtəlif hədiyyələr təqdim edilib.
Həmçinin rayonun Çiyni kənd tam orta məktəbinin müəllimi Kimyə Məsimovanın 65 yaşının tamam olması münasibətilə rayon komitəsi tərəfindən tədbir keçirilib.
Tədbirdə Kimyə müəllimin şərəfli fəaliyyətindən, bu sənətə olan sevgisindən, şagirdlərinə ana qayğısından, yetirmələrinin tərbiyəsindən, dərsə məsuliyyətindən və əldə etdikləri uğurlardan danışılıb. Bildirilib ki, ölkəmizdə elm və təhsilin inkişafında, gənclərimizin Vətənə, dövlətə sədaqətində Kimyə müəllimə kimi zəhmətkeş pedaqoqların gərgin əməyi danılmazdır. K.Məsimova onun fəaliyyətinə verilən yüksək qiymətə, deyilən xoş sözlərə görə, tədbir iştirakçılarına təşəkkür edib.
Yubliyar rayon komitəsi tərəfindən fəxri fərmanla təltif edilib, ona qiymətli hədiyyələr verilib.   
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo