Qəbul imtahanlarında yüksək nəticə göstərmiş ağsulu gənclər üçün tur təşkil olunub

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən Ağsu rayon gənclərinin Göygöl Milli Parkında gəzintisi təşkil olunub. ATİAHİ Ağsu rayon komitəsi tərəfindən baş tutan tur zamanı gənclər parkın ərazisini gəzib, gözəl təbiət mənzərələrini seyr edib, fotolar çəkdiriblər.
Həmçinin gənclərə süfrə açılıb, onlar yerli mətbəxin təamlarından dadıblar.
Gənclər onlara göstərilən qayğıya görə, təşəkkür ediblər. Bildiriblər ki, bundan sonra da təhsil sahəsində daha böyük uğurlar qazanmaq, yüksəkixtisaslı kadr kimi yetmək üçün səylə çalışacaqlar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo