ATİAHİ Ağsu rayon komitəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Martın 5-də ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayonun müxtəlif məktəblərindən olan qadın müəllimlər iştirak ediblər. 
 Ağsu rayon komitəsinin sədri Sevinc Beybudova çıxış edərək qadınların cəmiyyətdə rolundan danışıb. Bildirib ki, Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verdi: “Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib. Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərib”.
Çıxış edən digər şəxslər Azərbaycan qadının Vətən müharibəsində övladlarını cəbhəyə necə böyük şövqlə yola salmasından, şəhid analarının iradəsindən söz açıblar.
Ağsu rayon 5 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının sədri Gülnar Fərzəlizadə fəaliyyətində fərqləndiyi üçün Fəxri fərmanla təltif olunub.
Sonda tədbirdə iştirak edən xanımlara müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo