Ağsudan olan ittifaq üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Ağsu rayonunda təhsil sahəsində çalışan ittifaq üzvləri 2-ci fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət ATİAHİ Ağsu rayon komitəsi tərəfindən Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar təşkil olunub.
Hər iki xiyabanda Azərbaycanın müstəqilliyi və müdafiəsi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. 
İttifaq üzvləri səfər çərçivəsində Hərbi Qənimətlər Parkında da olublar. Parkda rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunduğu barədə məlumat verilib.
Bildirilib ki, burada düşməndən qənimət götürülən 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir.
İttifaq üzvlərinə Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Şuşa-Xankəndi yolundan götürülən və Bakıya gətirilərək Hərbi Qənimətlər Parkında nümayiş etdirilən tank barədə də ətraflı məlumat verilib.
Sonda xatirə şəkli çəkdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo