ATİAHİ Ağsu rayon komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaq bağçalarında və məktəblərdə müxtəlif tədbirlər keçirilib.
Tədbirlərdə ölkəmizdə uşaqlara olan münasibətdən danışılıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. O, uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Qeyd olunub ki, vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa olunur.
Bədii hissədə uşaqlar şeirlər söyləyib, mahnılar səsləndirib və rəqs ediblər.
ATİAHİ Ağsu rayon komitəsi körpə balalara hədiyyələr paylayıb.