Ağsuda təcrübəli müəllimlər üçün yubiley tədbirləri keçirilib


Ağsu rayon 1 №-li məktəbin müəllimi Surə Rüstəmzadənin 65 yaşının tamam olması münasibətilə yubiley tədbiri keçirilib.

ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin rəhbərliyi və kollektivi iştirak edib.

Çıxış edənlər Surə müəllimin həyat yolundan, səmərəli pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən danışıblar. Bildirilib ki, Surə müəllimə peşə fəaliyyətinə hər zaman məsuliyyətlə yanaşıb, şagirdlərinin elmi-biliklərə yiyələnməsi naminə səylə çalışıb. Ad günü münasibətilə Ağsu rayon komitəsi tərəfindən yubliyara fəxri fərman və hədiyyələr verilib.

Surə müəllimə tədbirin təşkilatçılarına göstərilən diqqətə görə təşəkkür edib.

Bundan başqa, rayon komitəsinin təşkilatçılığı ilə 3 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Quliyevanın da 65 yaşı qeyd olunub. O, rayon komitəsi tərəfindən təltif edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo