Ağsuda şəhidin məzarı ziyarət olunub


Ağsu rayonunda Vətən müharibəsi şəhidi Vüsal İbişovun anım mərasimi keçirilib.

ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan mərasimdə şəhidin ailəsi və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Vüsalın Vətənə, torpağa olan sevgisindən, müharibə zamanı göstərdiyi rəşadətdən, onun şərəfli döyüş ylundan danışıblar. Bildirilib ki, məhz Vüsal kimi qəhrəman oğullarımızın sayəsində bu gün torpaqlarımız azaddır və xalqımız müzəffərdir. 

Şəhidin məzarı ziyarət olunub, üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ağsu rayon komitəsi tərəfindən şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib. Göstərilən diqqət və qayğıya görə, şəhidin yaxınları təşkilatçılara təşəkkür ediblər.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo