Ağsu rayonunda şəhid İsmət Qismətoğlunun doğum günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidin ailəsi ziyarət olunub. Görüşdə şəhidin valideynləri və yaxınları İsmətlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, İsmət uşaqlıqdan Vətənə bağlı olub, torpaqlarımızın işğal altında olması onu daim narahat edirdi. Bu səbəbdən o, 29 sentyabr 2020-ci ildən etibarən Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən İsmət 8 noyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. İsmət "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Çıxışların ardından şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səslənib. Sonra iştirakçılar şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.