Ağsu rayonunda “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.
ATİAHİ Ağsu rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsində iştirak etmiş rayonun təhsil işçiləri iştirak ediblər.
Çıxışçılar Azərbaycan müəllimlərinin cəbhədə göstərdikləri rəşadətdən söz açıblar və bildiblər ki, torpaqlarımızın azad olmasında onların qəhrəmanlıqları danılmazdır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərliyi ilə ATİAHİ RK tərəfindən hazırlanan “Qəhrəman təhsil işçilər” kitabı məhz həmin təhsil nümayəndələrini təbliğ etmək üçün hazırlanıb. Vurğulanıb ki, kitabda şəhid, qazi və veteran təhsil işçiləri haqqında məlumatlar verilib, onların iştirak etdiyi döyüşlər, aldıqları orden və medallar qeyd olunub.
Sonda müharibə veteranlarına “Qəhrəman təhsil işçiləri” kitabı və digər hədiyyələr verilib.