Ağsuda ittifaq üzvü olan müəllimin ad günü qeyd edilib
Ağsu rayon 1 №-li məktəbin texnologiya müəllimi Rəsmiyyə Kərimlinin 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib.
ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə yubliyarın müəllim yoldaşları iştirak ediblər.
Çıxış edənlər Rəsmiyyə müəllimin pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, nümunəvi davranışlarından söz açıb təbriklərini çatdırıblar.
O, rayon komitəsinin fəxri fərmanı ilə təltif edilib. Həmçinin Rəsmiyyə müəllimə qiymətli hədiyyələr verilib.
Sonda yubliyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, ona ünvanlanan təbriklərə görə minnətdarlığını bildirib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo