Ağsuda ittifaq üzvlərinin doğum günü qeyd edilib

Ağsu şəhər 3 №-li məktəbin ingilis dili müəllimi Nazılı Məmmədovanın doğum günü qeyd edilib.
ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Nazlı müəllimin nümunəvi pedaqoji fəaliyyətindən, müəllim adını şərəflə daşımasından, intizamlı davranışından, yetirmələrinin uğurlarından danışılıb.
Bildirilib ki, rayon təhsilinin inkişafında N.Məmmədovanın xidmətləri danılmazdır, bu gün onun yetirmələri rayonun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar.
N.Məmmədova göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib, bundan sonra da səylə çalışacağını, gənc nəslin elmli, bilikli yetişməsində əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Sonda yubliyara rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Ağsu rayon komitəsinin təşkilatçılığı ilə həmçinin rayonun Təhsil sektorunun müdiri Əlimirzə Məmmədovun doğum günü qeyd edilib, ona fəxri fərman və hədiyyə verilib.    

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo