Ağsuda aztəminatlı ailələrə maddi dəstək göstərilib

Azərbaycan həmkarlar ittifaqları bayramlarda və digər əlamətdar günlərdə davamlı olaraq şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, həmçinin aztəminatlı ailələrə maddi-mənəvi dəstək göstərirlər.
Ramazan bayramı münasibətilə də bu ənənə davam etdirilib. Belə ki, ATİAHİ Ağsu rayon komitəsi tərəfindən bayramla əlaqədar olaraq, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın ailələrinə, qazilərə, eləcə də müharibə iştirakçılarına ərzaq yardımları paylanılıb. Bundan başqa, aztəminatlı ittifaq üzvlərinə də yardımlar göstərilib.
Yardım alan ailələr maddi-mənəvi dəstəyə, həmçinin göstərilən diqqət və qayğıya görə, dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla bu cür xoşməramlı və nəcib missiyanın iştirakçısı olan hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, Ağsu rayon komitəsi tərəfindən Novruz bayramı münasibətilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ittifaq üzvlərinə maddi yardımlar edilib, sovqatlar paylanılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo