Ağsuda 65 yaşı tamam olmuş müəllimlər təltif olunub

Ağsu rayonunda 65 yaşı tamam olmuş müəllimlərlə görüş keçirilib. ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə yubiley münasibətilə müəllimlər təbrik edilib, onların pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin təhsil sahəsində uğurlarından danışılıb.
Yubiliyarlar təbrikə görə təşəkkür edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. 
Sonda onlara Fəxri fərman və hədiyyələr təqdim olunub.
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo