Ağsuda 65 yaşı tamam olan ittifaq üzvləri ilə görüş keçirilib

ATİAHİ Ağsu rayon komitəsi tərəfindən fəal ittifaq üzvü Bəhruzə Əfəndiyevanın və Sarvan kənd ümumi orta məktəbin müəllimi Hüseyn Məlikovun 65 yaşı qeyd olunub.
Onlarla təşkil olunan görüşlərdə keçdikləri mənalı ömür yolundan, nümunəvi və səmərəli fəaliyyətlərindən, rayon təhsilinin inkişafında xidmətlərindən danışılıb, ötən illər xatırlanıb. Yubliyarlar onların fəaliyyətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə rayon komitəsinə minnətdarlıq ediblər.
Sonda hər iki şəxs Ağsu rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo