Ağsuda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ittifaq üzvləri ilə görüş keçirilib

ATİAHİ Ağsu rayon komitəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ittifaq üzvləri və rayon məktəblərinin həmkarlar ittifaqlarının sədrləri ilə görüş keçirib. Görüşdə 2022-ci ildə görülmüş işlər, əldə olunmuş nailiyyətlərdən danışılıb. Bildirilib ki, komitə onlara ünvanlanmış itttifaq üzvlərinin bütün müraciətlərinə həssas yanaşıb, qaldırılmış problemlərin həlli istiqamətində adekvat addımlar atıb. Həmçinin 2023-cü ildə görüləcək işlər barədə iştirakçılara məlumat verilib, geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Sonda iştirakçılara bayram hədiyyələri təqdim edilib.
Bundan başqa, övladları 44 günlük Vətən müharibəsində iştirak etmiş rayonun orta məktəblərində çalışan texniki işçilərə Ağsu rayon komitəsi tərəfindən bayram sovqatları verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo