Ağsu rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Ağsu rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərinin fəal qadın müəllimləri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan qadınının dövlətə sədaqətindən, ictimai-siyasi sahədə iştirakından, vətəndaşlıq mövqeyindən söz açıb, ölkəmizdə onlara olan ali münasibətdən danışıblar. Bildirilib ki, Azərbaycan qadını tarix boyu mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdiriblər.
Sonda rayon komitəsi tərəfindən iştirakçı qadınlara hədiyyələr təqdim olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo