Ağsu rayonunda 65 yaşı tamam olan müəllimlərlə görüş keçirilib

Ağsu şəhər 3 №-li tam orta məktəbin Əməkdar müəllimi Bəsti Nəmətovanın, rayonun Gürsulu kənd ümumi orta məktəbin müəllimləri - Radə Verdiyevanın və Camal Bekmuradovun 65 illik yubileyləri qeyd edilib. ATİAHİ Ağsu rayon komitəsi tərəfindən təşkil olunan yubiley tədbirlərində həmin məktəblərin rəhbərliyi və müəllimləri iştirak ediblər. Çıxış edənlər yubiliyarların mənalı ömür yolundan, uğurlu pedaqoji fəaliyyətlərindən, nümunəvi davranışlarından, rayon təhsilinin inkişafına verdikləri mühüm töhfələrdən danışıblar.
Yubiliyarlar onların ünvanlarına deyilən xoş sözlərə görə təşəkkür ediblər, görüşün təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bundan sonra da rayon təhsilinin inkişafı naminə bundan sonra da səylə çalışacaqlar.
Sonda rayon komitəsi tərəfindən yubiliyarlara müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo