Ağsu rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərlə görüş təşkil olunub.
ATİAHİ Ağsu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə cəmiyyətimizin tərəqqisində, inkişafında, gənclərin tərbiyə olunmasında, elmi biliklərə yiyələnməsində müəllimlərin fədakar əməyindən danışılıb. Bildirilib ki, təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə müəllimin nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görür.
Görüşdə həmçinin çıxış edən müəllimlər cəmiyyətimizdə onlara olan ali münasibətdən, ictimai etimaddan və hörmətdən razılıqlarını ifadə ediblər.
Ağsu rayon komitəsi tərəfindən müəllimlərə fəxri fərman və hədiyyələr verilib.