Ağsu rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.
ATİAHİ Ağsu rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə rayonun uşaq bağçalarında təlim-tərbiyə alan uşaqlar iştirak ediblər.
Bayram münasibətilə uşaqlara süfrə açılıb, hədiyyələr verilib. Həmçinin uşaqlar Vətənə, anaya aid şerilər və mahnılar oxuyub, müsiqilər səsləndiriblər.
Qeyd edək ki, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Onların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.